Putin və Trampdan “Venesuela” müzakirəsi

Baxış sayı:
5911

 Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp telefonda Venesuela, Şimali Koreya, Ukrayna və ikitərəfli münasibətləri müzakirə ediblər.
 
Kremlin Mətbuat Mərkəzindən Putin və Trampın 1,5 saat davam edən telefon danışığı həyata keçirdikləri bildirilib.
Venesueladakı durumun müzakirə olunduğu telefon danışığında, Putinin ölkədə yalnız xalqın öz gələcəyini təyin edə biləcəyini vurğuladığı məlumatına yer verilib.
Putin Venesuelanın daxili işlərinə müdaxilə edilməsi və ya ölkə rəhbərliyinin güclə dəyişdirilməsinin böhranın həllinə yönəlik siyasi həll ümidinə zərbə vuracağını deyib.
Danışıqda, Şimali Koreya lideri Kim Jong Un ilə ötən həftə həyata keçirdiyi görüş haqqında məlumat verən Putin, üzərinə düşən addımları atan Pyongyang rəhbərliyinə qarşı sanksiya tətbiqinin yüngülləşdirilməsinə çağırıb.
Açıqlamaya görə, iki lider Ukraynada keçirilən prezident seçkilərindən sonra baş verən prosesləri də müzakirə edib. Rus tərəfi Kiyev rəhbərliyinin Minsk Müqaviləsinin həyata keçirilməsi məsələsində real addımlar atmasının lazım olduğunu bildrib.
İkitərəfli münasibətlərin də müzakirə olunduğu telefon danışığında, müxtəlif sahələrdə qarşılıqlı təmasların təkrar aktiv hala gətirilməsi üçün addımlar atılmasının vacibliyi təsdiq edilib.
Digər tərəfdən, Ağ Ev sözçüsü Sarah Sanders, telefon danışığına dair verdiyi açıqlamada, iki liderin nüvə tərksilahına yönəlik yeni bir müqavilə ehtimalını müzakirə etdiklərini deyib.
Telefon danışığında, Tramp Venesuelada hakimiyyətin dinc şəkildə dəyişməsi lazım olduğunu vurğulayıb.
Müxalifət.az