​Putin və Tramp telefonla nəyi müzakirə etdi?

Baxış sayı:
288

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
Muxalifət.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti müzakirə edib.