Putin və Tramp arasında KORONAVİRUS MÜZAKİRƏSİ - Prezidentlər telefonla danışdılar

Baxış sayı:
600

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları telefon danışığı zamanı dünyada koronavirusun geniş miqyasda yayılmasında ciddi narahatçılıqlarını bildiriblər. Putin və Tramp bu təhlükəyə qarşı öz ölkələrində görülən tədbirlər barədə bir-birini məlumatlandırıblar. İki ölkənin bu istiqamətdə daha sıx əməkdaşlığının mümkünlüyü müzakirə olunub.
Bundan başqa Rusiya və ABŞ liderləri dünya neft bazarındakı hazırkı vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Bu istiqamətdə energetika nazirlərinin xətti ilə Rusiya-ABŞ məsləhətləşmələri haqqında razılıq əldə olunub.

Putin və Tramp telefon danışığı zamanı ikitərəfli münasibətlərə dair məsələlərə də toxunublar.

Liderlər şəxsi təmasların davam etdirilməsi barədə razılığa gəliblər./apa