​Putin və Tramp arasında keçiriləcək görüşün vaxtı açıqlanıb

Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşün tarixi məlum olub.
Muxalifet.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Vladimir Putin və Donald Trampın noyabrın 10-da Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşəcəklərini deyib.