Putin və Tramp arasında görüş başa çatıb

Görüş 2 saat 15 dəqiqə davam edib
 
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüş başa çatıb.
TASS-ın verdiyi xəbərə görə, görüş 2 saat 15 dəqiqə davam edib.
Bu, prezidentlərin ilk şəxsi görüşü olub. Bundan əvvəl dövlət başçıları yalnız telefon vasitəsilə əlaqə saxlayıblar.
Görüş mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib.
Görüşdə yalnız iki ölkənin XİN rəhbərləri iştirak ediblər.