​Putin və Tramp arasında daha bir görüş olubmuş - G-20 ÇƏRÇİVƏSİNDƏ

Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilmiş G-20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyr-rəsmi görüş keçiribmiş. Bu barədə “Reuters”ə Ağ Evdəki adı çəkilməyən məmur bildirib.
“The Hill” nəşri də “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri İan Bremmerə istinadən ikinci görüşün keçirildiyini iddia edir. Bremmer prezidentlərin rəsmi danışıqlardan sonra şam yeməyi zamanı təkrar görüşdüklərini bildirib.
Onun sözlərinə görə, prezidentlərin görüşündə yalnız Putinin tərcüməçisi iştirak edib. “Amerika tərəfindən tərcüməçinin görüşdə iştirak etməməsi ABŞ milli təhlükəsizik protokolunun ciddi pozulması deməkdir”, - “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri  
Görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilmir(apa).