Putin və Tramp 11 noyabrda Parisdə görüşə bilər

Baxış sayı:
1798

“Natalya” xəbər agentliyinin bildirdiyinə göre, Rusiya prezidenti Vladimir Putin, verdiyi açıqlamada Parisdəki Birinci Dünya Müharibəsinin yüz illiyi mərasiminə ABŞ prezidenti Donald Tramp qatılarsa, görüşəcəklərini bildirib.
 
Qeyd edək ki, Donald Tramp, ötən avqustda, Vaşinqtonda keçirilməsi nəzərdə tutulan hərbi parad mərasimini keçirməkdən vazgeçmişdi. Daha sonra Parisdə atəşkəs rejiminin 100-ci ildönümünə qatılacağını bildirmişdi.
Rusiya XİN, dialoqa açıq olduğunu və Vaşinqton istəkli olduğu təqdirdə iki lider arasında keçiriləcək növbəti zirvə görüşü üçün hər hansı bir yeri və tarixi düşünməyə hazır olduğunu açıqlayıb.
Müxalifət.az