Putin və Ərdoğan yenidən görüşəcək

Baxış sayı:
1525

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu ilin aprel ayında yenidən Moskvada görüşəcək.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, iki ölkənin liderləri yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasında, həmçinin Rusiya və Türkiyənin birgə təşkil etdiyi qarşılıqlı mədəniyyət ilinin açılışında iştirak edəcəklər.
Bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.