“Putin Ukrayna ilə bağlı uyğun zamanı gözləyir” - Plan AÇIQLANDI

Baxış sayı:
12781

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna tərəfi ilə əlaqələri hələ planlaşdırılmır, bu ölkədə prezident seçkilərinin rəsmi yekunlarını gözləmək və yeni liderin hansı addımlar atacağını görmək lazımdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin müavini Yuri Uşakov bildirib.
“Hələ ki, hər hansı əlaqə planlaşdırılmır. Hazırda rəsmi nəticələrin açıqlanmasını gözləyirik, daha sonra andiçməyə qədərki dövrü gözləmək lazımdır. Hadisələrin Ukraynada necə inkişaf edəcəyinə baxmaq lazımdır”, - Uşakov bildirib.