​Putin türkmən liderlə Xəzəri müzakirə etdi

Baxış sayı:
5605

Rusiya Prezidenti Vladimir Putinlə türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rəsmilər Xəzər dənizində çoxtərəfli əməkdaşlıqla bağlı müzakirə aparıblar:
“Türkmənistan tərəfinin təşəbbüsü ilə telefon danışığı baş tutdu. İkitərəfli əlaqələrlə bağlı gündəmdəki məsələlər, xüsusilə 2017-ci ilin oktyabrında Rusiya rəhbəri Vladimir Putinin Türkmənistana səfəri zamanı əldə edilən razılaşmalardan irəli gələn öhdəliklərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".