​Putin Türkiyə və İranı təriflədi: SİZİN SAYƏNİZDƏ...

Türkiyə və İran sayəsində İŞİD Suriyanı tamamilə ələ keçirə bilmədi.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə çıxışı zamanı danışıb.
Putinin sözlərinə görə, Soçidə keçirilən üçtərəfli zirvə toplantısı Suriyada müşahidə olunan müsbət dəyişiklikləri möhkəmləndirmək və inkişaf etmək məqsədi daşıyır. Suriyada terrorçulara qarşı genişmiqyaslı əməliyyatlar isə artıq sona çatmaqdadır. Suriyada siyasi həll üçün zəmin hazırlanıb.