​Putin Türkiyə ilə mümkün hərbi əməkdaşlığa eyham vurdu

"Suriya ordusu ilə müxalif qruplar arasında uzalaşma üçün təkliflərimizi ortağımız Türkiyəyə təqdim etdik". “Haberturk” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
"Humanitar yardım karvanlarına atəş açılmaması üçün ABŞ-ı da məlumatlandırdıq. Hərbi sahədə təmaslarımızı sürətləndirmək məsələsində də razılaşdıq.Müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək lazımdırsa, biz buna da hazırıq. Hər iki tərəfdən bu məsələ ilə bağlı təkliflər araşdırılmaqdadır", - deyə Rusiyanın dövlət başçısı vurğulayıb.
İnfromasiyaya görə, V.Putin deyib ki, hazırda 200-dən çox gənc türk tələbə Rusiyada atom-nüvə sahəsi üzrə təhsil alır.
O, “Türk axını” təbii qaz boru xətti layihəsi çərçivəsində Türkiyəyə "mavi yanacağ”ın qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə razılaşdırdıqları məsələlərlə bağlı mütəxəssislərin fəaliyyətinin davam etdirəcəyini bildirib.