Putin Trampla mərcə girib

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Hamburqda baş tutan görüşlə bağlı yeni detallar ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Tramp Putinə Rusiyanın ölkəsində baş tutan seçkilərə qarışmasını irad tutub. Putin isə seçkilərə qarışmadıqlarını və buna görə Trampla mərcə girə biləcəyini deyib.
Məsələnin müzakirəsi 40 dəqiqə davam edib. Putin amerikalı həmkarından sübutlar tələb edib. Bu zaman Tramp mövzunu dəyişib.