Putin-Tramp görüşündə daha 4 nəfər iştirak edəcək

Görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər
 
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşündə daha 4 nəfər iştirak edəcək.
Bununla bağlı "Axios" portalı adını çəkmədiyi məmura istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, iki prezidentin görüşünü Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson təşkil edəcək. Bundan əlavə, görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər.
Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammitində Putin-Tramp görüşü bu gün yerli vaxtla saat 15:45-də baş tutacaq. Ölkə başçılarının söhbəti yarım saatdan bir saata qədər davam edəcək.
Bundan əvvəl isə Tillerson Tramp və Putinin G20 sammitində danışıqlarının mövzusunu açıqlayıb.