Putin təlimat verdi, Şoyqu Suriyaya getdi

Baxış sayı:
5578

Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Muxalifet.az xəbər verir ki, Dəməşqdə baş tutan görüşdə bu ölkədə terrorizmə qarşı mübarizə, təhlükəsizliyin təminatı və konfliktdən sonra durumun tənzimlənməsi ilə bağlı müzakirələr keçirilib.
Bundan əlavə, rəsmilər gündəlikdə duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Məlumatda həmçinin müdafiə nazirinin Kreml rəhbəri Vladimir Putinin təlimatı ilə Suriyaya yola düşdüyü deyilib.