​Putin Təhlükəsizlik Şurasını topladı

Baxış sayı:
6208

Rusiya lideri Vladimir Putin ABŞ-ın Yaxın və Orta Mənzilli raketlər müqaviləsindən (İNF) çıxması ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Şuranın iclasında ABŞ-ın sözügedən müqavilədən çıxması, Venesueladakı son durum, gündəmdə olan daxili siyasət məsələlərini müzakirə edilib.
Qeyd edək ki, M.Pompeo ölkəsinin İNF ilə bağlı öhdəliklərindən sabah imtina edəcəyini və yaxın 6 ay ərzində müqavilənin tamamilə ləğv ediləcəyini bildirmişdi.