​Putin Tehranda İlham Əliyevlə TƏKBƏTƏK GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin İran və Azərbaycan prezidentləri Həsən Ruhani və İlham Əliyevlə görüş keçirmək üçün noyabrın 1-də Tehrana səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
Bildirilib ki, liderlər siyasi, iqtisadi və mədəni humanitar sahələrdə üç ölkənin qarşılıqlı əlaqələrinin aktual mövzularını müzakirə edəcəklər.
Putin, həmçinin Həsən Ruhani və İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək./AzVision.az/