Putin təcili Təhlükəsizlik Şurasını topladı – Yeni sanksiyalara görə

Baxış sayı:
538

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi yeni sanksiyaları müzakirə edib.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, iclasda Vaşinqtonun sanksiyaları qeyri-qanuni adlandırılıb.
Qeyd edək ki, bundan öncə Rusiya Baş naziri Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını iqtisadi savaş elanı adlandırmışdı.