​Putin Suriyada Hərbi Dəniz Qüvvələrinin bazasını yaradır

Rusiya Suriyanın Tartus limanında Hərbi Dəniz Qüvvələrinin daimi bazasını yaradacaq.
RİA "Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib.
Rusiya Federasiya Şurasında çıxış edən N. Pankov deyib ki, Rusiyanın Tartusda daimi hərbi dəniz bazası olacaq.
Müdafiə nazirinin müavini hazırda müvafiq sənədlərin hazırlandığını və dövlət qurumları arasında razılaşdırma mərhələsində olduğunu söyləyib: “Biz tezliklə Federasiya Şurasından bu sənədi ratifikasiya etməyi xahiş edəcəyik”.