Putin suala "Quran"dan sitat gətirərək cavab verdi

Baxış sayı:
8488

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.
Muxalifet.az
qafqazinfo-ya isitnadən xəbər verir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala "Quran"dan sitat gətirməklə cavab verib:
"Türkiyədə olduğum üçün müqəddəs "Quran"dan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır".
Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.