Putin Sərkisyandan bərk inciyib və şübhələnir - "NEÇƏ İL DOSTLUQ ETMİŞİK, İSTEFAYA GEDƏNDƏ HEÇ ZƏNG DƏ VURMADI..."

Baxış sayı:
10390

Rusiya hakimiyyəti hələ də şübhələrini gizlətmir ki, 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o zamankı rəhbərliyinin əvvəlcədən planlaşdırdığı ssenari həyata keçirilib və burada ölkənin əvvəlki hakimiyyəti rol oynayıb.
Muxalifet.az virtualaz.org xəbər verir ki, Ermənistanda dərc edilən “Hraparak” qəzeti bununla bağlı yazır: “Əvvəlki hakimiyyət təxminən bir ildir rusiyalı tərəfdaşlarını inandırmağa çalışırlar ki, onların heç bir günahı yoxdur və hakimiyyətə gəlişi prosesində Paşinyana heç cür kömək etməyiblər. Bu günlərdə erməni xadimlərdən biri bizə nəql edib ki, Putin şəxsən onun yanında Serj Sarkisyandan şikayətlənib.
Rusiya prezidenti deyib: neçə il dostluq etmişik, amma istefaya gedənə qədər mənə heç bir xəbərdarlıq etmədi, məlumat vermədi, elementar etikaya görə, Sarkisyan əvvəlcə mənə zəng etməli, yalnız daha sonra istefası barədə bəyanat verməli idi”.