Putin söz verdi: BİR DAHA PREZİDENTLİYƏ NAMİZƏD OLMAYACAQ

Baxış sayı:
772

“Meduza”-nın verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bir daha prezidentliyə namizəd olmayacağını bəyan edib.
 
Rusiyanın dövlət başçısı Vladimir Putin, iki müddətdən artıq prezident olmağı qadağan edən Rusiya konstitusiyanı pozmamağa söz verib:
"Mən həmişə Rusiya Federasiyasının Konstitusiyasına sadiq qaldım və riayət edirəm. Konstitusiya açıq şəkildə ifadə edir ki, ardıcıl olaraq iki dəfədən artıq prezidentlik olmaz. Mənim də artıq ikinci ardıcıl müddətim var. Xatırladığınız kimi, bundan öncə də mənim 2 dönəm prezidentliyim var. Məhz buna görə, prezident vəzifəsini tərk etdim, çünki Konstitusiya üçüncü dəfə seçilməyə icazə vermir. Gələcəkdə də bu qaydaya riayət etmək niyyətindəyəm".
Müxalifət.az