​Putin Sisi ilə memorandum imzaladı: Sənaye zonası yaradılır

Baxış sayı:
12577

Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiyada rəsmi səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi arasında danışıqlar aparılıb.
Muxalifet.az xəbər verir ki, səfər çərçivəsində Rusiyanın və Misirin xarici işlər nazirlikləri arasında Strateji siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb, terrorizmə qarşı mübarizənin əlaqələndirilməsi, Əd-Dabaada Atom Elektrik Stansiyası tikintisi, Misirdə Rusiya sənaye zonası yaradılması, Rusiyadan Misirə turist axınının, habelə Rusiya və Misir şəhərləri arasında birbaşa aviareyslərin bərpa olunması məsələləri müzakirə edilib.