Putin seçki kampaniyasına jurnalistlərə hədiyyələr verməklə başlayır

Baxış sayı:
376

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də jurnalistlər üçün mətbuat konfransı keçirəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb. Verilən məlumata görə, mətbuat konfransı Putinin rəhbərlik dövründə görülən işlərlə bağlı hesabat xarakteri daşıyır. Eləcə də, görüş zamanı 2018-ci ildə növbəti prezident seçkilərinə hazırlıqlarla bağlı danışıqlar aparılacaq.
Mətbuat konfransında iştirak etmək üçün müraciət edən jurnalistlərin qeydiyyatı aparılıb. Qeydiyyata düşən jurnalistlərə Putinin adından hədiyyələr paylanılıb. Hədiyyələr içərisində blaknotlat, dəftər, qələm, kalenda və s. olub.
Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlanılır.