​Putin seçilən kimi ORDUNU MEYDANA ÇIXARTDI

Baxış sayı:
2395

Rusiya ordusu genişmiqyaslı hərbi təlimə başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənubi Hərbi Dairəsi yayıb. Təlim 19 poliqonda start götürüb.
Təlimin Volqoqrad, Rostov, Stavropol, Kuban vilayətlərində, Şimali Qafqaz respublikalarında, eləcə də Abxaziya və Cənubi Osetiyada keçirildiyi vurğulanıb.
Baş tutan genişmiqyaslı təlimə 8 min hərbçi və 1400 hərbi texnikanın cəlb edildiyi bildirilib.
Qeyd edək ki, ötən gün Rusiyada prezident seçkisi keçirilib və Prezident Putin 77 faiz səslə qalib gəlib.