Putin Rusiyanın Türkiyədəki agenti olub - İŞ YOLDAŞINDAN ŞOK İDDİA

Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia irəli sürülüb.
Türkiyə mətbuatında Putinin Türkiyədə agentlik etdiyi ilə bağlı məlumatlar dərc olunub.
İzmirdə 43 il bundan əvvəl inşaat sektorunda mühəndis kimi çalışan Adəm Albayraq Putinin 20 yaşında sözüdən sektorda işlədiyini deyib: “1971 ci ildə Tüpraşın inşaat sektorunun işləri Rus şirkətinə verilmişdi. Putin də 20 yaşında orda işləyirdi. Mühəndis İlya Nereznok onun agent olduğunu demişdi. Amma biz inanmırdıq. O dövrdə SSRİ ABŞ-dan hərbi texnika cəhətdən geridə qalırdı. Tüpraş inşaatında isə ABŞ-ın şirkəti də var idi. ABŞ-ın yeni texnologiyasına yiyələnərək ona oxşarını yaratmaq istəyən Rusiya isə bu məqsədlə Putini seçmişdi. Putin qadağan olunmuş ərazilərin şəklini çəkərkən polislər ondan şübhələnib onu Sibirə göndərdilər”.
Keçmiş iş yoldaşı Putinin türkləri sevmədiyini elə o vaxtdan büruzə verdiyini bildirib. (AzNews.az)