Putin Ərdoğanla tarixi tədbirdə - VİDEO

Baxış sayı:
340

İstanbulda səfərdə olan Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” qaz boru kəmərinin dəniz hissəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
Muxalifet.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti dəyəri 7 milyard dollara yaxın “Türk axını” layihəsinin dəniz hissəsindəki işlərini artıq tamamlayıb. Bu münasibətlə İstanbulda Putin və Ərdoğanla yanaşı, bir sıra ölkələrin yüksək vəzifəli hökumət nümayəndələri iştirak ediblər. 
Mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.
Qeyd edək ki, Rusiya təbii qazının Türkiyəyə və daha sonra cənubi və cənub-şərqi Avropa ölkələrinə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 937 kilometrdir. “Türk axını” ilə Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizi ödənəcək. Tikintisinə 2017-ci ilin 21 fevralında başlanan boru kəməri ilə qazın ilk nəqli 2019-cu ilin sonunda baş tutacaq.