​Putin Ərdoğanı öydü: “ƏSL KİŞİ KİMİ...”

Baxış sayı:
5113

Rusiya prezidenti Vladimir Putin deyib: “Biz Türkiyə ilə birlikdə “Türk axını”nı inşa eləməyi qərara aldıq. “Türk axını” layihəsinin reallaşması daha çox Türkiyə prezidenti Tayyib Ərdoğanın kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəsini nümayiş etdirməsi sayəsində mümkün olub. Prezident Ərdoğanın siyasi iradəsi, kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və ölkənin suverenliyini nümayiş etdirməsi nəticəsində yaxın bir neçə ay ərzində layihəni başa çatdıracağıq. Artıq dəniz hissəsi başa çatıb, bitib. İndi tamamlama işləri gedib. İndən belə avropalı tərəfaşlarımız bizim qazımızı yeni marşrutla alacaqlar”.
Putin bu sözləri Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında söyləyib: “Mənim fikrimcə, bu, Cənubi Avropa üçün maraqlıdır. Çünki, tədarükün həcminə və məsafəsinə görə Rusiyadan olan boru qazı okeanın o tərəfindən gələn sıxılmış qazdan ucuz başa gələcək. Həmişə”.
“Türk axını” layihəsi hər biri 15,75 milyard kubmetr olan iki xətdən ibarətdir. Birinci xətt Rusiya qazının türk istehlakçıların, ikinci xətt isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qazla təminatı üçün nəzərdə tutulub. Qaz borusunun 2019-cu ilin axırlarında işə salınması gözlənilir.