Putin-Ərdoğan görüşündən sonra Lavrov Bakıya gəlir - Qarabağ GEDİŞİ
14-11-2017 11:56
Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək.
Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq.
“Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, Lavrovun səfəri ilə bağlı məlumatın dünən Putin-Ərdoğan görüşündən sonra yayılması diqqət çəkir./publika/