Putin Qərbdəki seçkilərə müdaxiləni rədd edib

Rusiya prezidenti Vladimir Putin  Qərbdəki seçki kampaniyalarına rusiyalı hakerlərin mümkün müdaxiləsinə dair suala cavabında Rusiyanın “bu cür işlərlə” məşğul olmadığını bildirib.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Putin “Fiqaro” qəzetinə müsahibəsində bildirib.
 “Belə deyirlər. Kim deyir, nəyin əsasında deyilir? Guya rusiyalı hakerlər edir. Bəlkə də heç rusiyalı hakerlər deyil”, - deyə Putin bildirib. 
 “ABŞ prezidenti, fikrimcə, çox doğru dedi ki, bəlkə bu başqa ölkədən edilir, bəlkə kimsə çarpayıda uzanaraq nə isə fikirləşib, ya da  kimsə haradasa bilərəkdən hansısa rusiyalı şəxsin  adını sitemə daxil edib. Nə istəsəniz ola bilər. Çünki virtual aləmdə istənilən qarmaqarışıq etmək mümkündür. Rusiya bununla heç vaxt məşğul olmayıb, bizə bu heç gərək də deyil, bunu etməyin heç bir mənası yoxdur. Mənası nədir?”, - deyə Putin qeyd edib.