​Putin qərar verdi: 3 general işdən çıxarıldı

Baxış sayı:
6517

Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifədən çıxarıb.
Muxalifet.az xəbər verir ki, Putinin fərmanına əsasən, Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedyev, Çuvaş Respublikası Daxili İşlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifədən azad edilib.
Bundan əlavə, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov da işdən çıxarılıb.