Putin Qafqazdakı qondarma respublikaya gəlir

Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziyaya səfər edəcək.
 
Bu barədə informasiyanı “RBC” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb.
Səfər 2008-ci il Gürcüstan-Rusiya müharibəsinin başlama tarixinə təsadüf edəcək. Putin Abxaziyada bir sıra rəsmi şəxslərlə görüşəcək.
Qeyd edək ki, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Putin sonuncu dəfə Abxaziyada 2013-cü ildə olub.