​"Putin özünü Allahın müavini sayır" - QARBAÇOV

Baxış sayı:
6436

SSRI-nin ilk və son prezidenti Mixail Qorbaçov Rusiya Prezidenti Vladimir Putinin özünü Allahın müavini hesab etdiyini bildirib. Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, o, özünəinamın təhlükəsi barədə Putini xəbərdar etdiyini deyib. “Mən ona özünü Allahın müavini hesab etdiyini deyəndə, bu, onu çox əsəbləşdirmişdi və cavabında “Qorbaçovun dilini kəsmək” lazımdır demişdi. Yadıma gəlir, o, Qələbə günündə məni görməzlikdən gəlmişdi. Rejissor Oliver Stoun filmində Putindən niyə mənimlə görüşmədiyini soruşanda, o, məni görmədiyini bildirmişdi".