​Putin Özbəkistana getdi

Baxış sayı:
106

Rusiya prezidenti Vladimir Putinin Özbəkistana rəsmi səfəri başlayıb.
Trend-in məlumatına görə, Putinin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü gözlənilir. Daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.
Prezidentlərin birgə sənəd imzalayacaqları və mətbuat üçün çıxış edəcəkləri gözlənilir.
Səfər çərçivəsində Putin həmçinin Rusiya və Özbəkistan arasında I Regionarası Əməkdaşlıq Forumunda iştirak edəcək.