​Putin oliqarxları bu cür tora salır - KURNOSOVA

Baxış sayı:
5002

Rusiya Prezidenti Vladimir Putinin oliqarxları təsir altında saxlamaq üçün xüsusi metodları var.
Muxalifət.az  xəbər verir ki, bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı müxalif siyasətçi Olqa Kurnosova deyib.
“Problem ondadır ki, oliqarxlar çox qorxaq təbəqədir. Onlara qarşı Putinin metodu Boris Xodorkovskinin həbsi ilə tətbiq edildi. Hədəf oliqarxları qorxutmaq idi və hökumət buna nail oldu. Maqomedov qardaşlarının bir müddət əvvəl həbsi də eyni prosesin davam etməsi ilə bağlıdır. Oliqarxlar son ana qədər hesab edirlər ki, öz problemlərini korrupsiya yolu ilə həll edə bilər. Onlar tam uduzanda isə ya yenidən aktivləşdirilmiş cinayət işi ilə qarşılaşır və həbs edilirlər, ya da ölkədən emiqasiya edib, pulsuz qalırlar. Hazırda Rusiya oliqarxları Putinə qarşı dəstəklənəcək alternativ görmürlər. Onlar anlamırlar ki, situasiya sistemli şəkildə dəyişməsə, tezliklə hamısı pulsuz qalacaqlar”, – deyə o bildirib.