PUTİNƏ OLAN BORC, NÜFUZ SAVAŞI, YOXSA HAKİMİYYƏTİ İTİRMƏK QORXUSU? - Bəşər Əsəd zəngin qohumlarını niyə zindana göndərir?

Baxış sayı:
8116

News.ru, (Rusiya) Bir neçə gündür mətbuat Suriya lideri Bəşər Əsədin 4 yaxın qohumunun (dayısı oğlanları Rami, İxab, İyad və onların ataları Məhəmməd) həbsindən yazır. Adıçəkilən şəxslər Əsədin birbaşa göstərişi əsasında həbs olunublar və hazırda ev dustaqlığındadırlar. Həbsin səbəbinə bir qədər sonra qayıdacağıq. Hələlik ondan başlayaq ki, bu dörd nəfər arasında ən diqqətçəkən fiqur Rami Mahlufdur. Rami Mahluf Suriyanın bir nömrəli biznesmenidir. Rejimin nəzarətindəki rayonlarda böyük səlahiyyətlərə sahib olan Mahlufun rəhbərliyi altında onlarla kommersiya şirəkti (neft şirkətləri, aviaşirəktlər və s.) var. “Eldorar Alshamia” portalının yazdığına görə, Dəməşq R.Mahlufun Suriyanın ən böyük mobil telefon şirkətindəki payını başqa bir telekommunikasiya holdinqinə vermək niyyətindədir. Bundan əvvəl isə məlumat yayılmışdı ki, Rami Mahluf Suriyanın Kommersiya Bankında (“Commercial Bank of Syria”) maxinasiyalarda, böyük miqdarda qaçaqmalçılıqda ittiham olunur. Rami Mahluf R.Mahluf Suriya hökuməti tərəfindən bu cür münasibətlə üzləşən yeganə biznesmen deyil. Bəşər Əsədin xanımı Əsma Əsədin rəhbərlik etdiyi “Çirkli pulların yuyulması üzrə” Komissiya tərəfindən 28 biznesmənə qarşı araşdırma başladılıb. Onların arasında Bəşər Əsədin digər dayısı oğlu Dureyd, nəhəng biznesmen Məhəmməd Hamşo da var. Qayıdaq, Rami Mahlufun həbsinə və bu həbsə şəxsən Bəşər Əsədin göstəriş verməsinin səbəblərinə. Suriya KİV-ləri istisna etmirlər ki, iş adamı və yaxınlarının həbsi, hakimiyyətin Mahlufun ölkənin nəhəng mobil operatorundakı payını başqa şirkətə vermək niyyətindən irəli gəlir. Ekspertlər isə Suriya prezidentinin yaxın ətrafında olan nüfuzlu bir şəxsin həbsini və ev dustaqlığında saxlanılmasını müxtəlif cür qiymətləndirirlər. Versiyaların biri belədir ki, Bəşər Əsəd ölkədə ayrıca siyasi mərkəzin formalaşmasını istəməyib. İkinci versiyaya görə Rusiyadan alınan kreditlərdən birini ödəmək üçün Suriya prezidentinə təcili pul lazım olub. Rami Mahluf təkcə nəhəng sahibkarlıq fəaliyyəti ilə deyil, həm də Əsəd rejiminin nəzarətində olan rayonlarda siyasi nüfuzu ilə tanınırdı. Onun paya sahib olduğu mobil rabitə şirkətinin adı “Syriatel”dir. Suriya hökuməti Mahlufun məhz bu şirkətdəki payını başqa şirkətə satmağa hazırlaşır. Mahlufun “Commercial Bank of Syria”da yol verdiyi maxinasiyalar və böyük miqdarda qaçaqmalçılıq isə on milyard dollarlarla ölçülür. Analitiklər hesab edirlər ki, son həbslər Əsəd ailəsi içində nüfuz dairələrinin geniş miqyasda yenidən bölgüsünün nəticəsidir. İstisna deyil ki, Suriya prezidenti məlum addımı ilə hakimiyyətə postensial iddiaçını uzaqlaşdırmağa çalışıb. Məlum olduğu kimi kimi, hazırda ev dustaqlığında olan bütün sahibkarlar Suriyadakı vətəndaş qarşıdurması müddətində yerli milislərin yaradılması və maliyyələşdirilməsində iştirak etmişdilər. Sonradan bu nizamsız bölmələrin bəziləri, xüsusən Latakiya və Hama əyalətlərində hökumət qüvvələrinə etiraz etməyə başlamışdı. Ehtmal ki, Dəməşq əleyhdarlarının əlində qalan İdlib əyalətinin taleyinin həll edildiyi bir vaxtda sahibkarlara qarşı repressiyalar davam edəcək. İrana tabe olan şiə yaraqlılarının “sponsorları” ilə bu cür mübarizəni yalnız Suriyadakı rus komandanlığı təşviq edə bilərdi. Lakin belə bir versiya da var ki, Əsəd Suriya biznesinin “simasını” yeniləmək istəyir. Hazırda həbsə göndərilənlərin çoxu isə Qərbin sanksiya siyahılarına düşmüş iş adamlarıdır. Məsələn, Rami Mahluf özü 2011-ci ildə Avropa İttifaqının sanksiyası ilə üzləşib. Qurum Mahlufu Suriya hökumətini maliyyələşdirməkdə ittiham edərək aktivlərini dondurmuşdu. Sergey Şoyqu Münaqişənin yaranma səbəblərindən biri kimi Mahlufun Əsədə bir neçə milyard dollar verməkdən imtina etməsi də göstərilir. Deyilənlərə görə, pul Əsədə Rusiyaya olan borcunu ödəmək üçün lazım olub. Belə ki, Rusiya Əsəddən kredit borcunun bir qismini ödəməyi tələb edib və payıza qədər vaxt qoyub. Bir iddiaya görə, Əsədə pulla bağlı Rusiya müdafiə naziri Sergey Şoyqu müraciət edib. Və 3 milyard dolları təcili şəkildə ödəməyi tələb edib. Rusiya Müdafiə Nazirliyi bunu belə əsaslandırıb ki, pul Suriya Müdafiə Nazirliyi və onun fəaliyyətini maliyyələşdirmək üçün lazımdır. Məlum olduğu kimi, Rusiya Suriyanın ordu strukturlarında kütləvi yenidənqurmanın qarantıdır. Deyilənə görə, Bəşər Əsəd Rusiya Müdafiə Nazirliyi ilə söhbətdən yayınaraq birbaşa Kremllə təmas qurmağa çalışıb. Lakin ona bildirilib ki, yaxın qohumunun (Rami Mahlufun) pulu 3 milyarddan da çoxdur. Ötən ayın sonlarında Əsədə bank çıxarışları və sənədlər təqdim edilib və bununla Mahlufun ödəmə gücünün nə dərəcədə olduğuna işarə vurlub. Maraqlısı odur ki, bu informasiyanı həm hökumətdəki, həm də müxalifətdəki mənbələr təsdiqləyir. Tərcümə: Strateq.az