Putin nüvə silahına cavabdeh olan generalı işdən çıxarıb

Rusiya prezidenti Vladimir Putinin istefaya göndərdiyi generallar arasında ölkənin bütün nüvə silahının saxlanmasına və xidmət olunmasına görə cavabdeh olan general-leytenant Yuri Sıçın da olduğu bildirilir.
 
 “Kommersant” xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 12-ci Baş idarəsinin rəisi özü istefa barədə ərizə ilə müraciət edib. Onun səhhətində problemlərin olduğu bildirilir.
12-ci Baş idarəyə hazırda müvəqqəti olaraq general-mayor İqor Kolesnikov rəhbərlik edir. O, dünənə qədər Yuri Sıçın müavini idi.