“Putin nüvə müharibəsindən ona görə danışır ki...” – Rusiya barədə DƏHŞƏTLİ PROQNOZLAR

Baxış sayı:
523

“Resurslar, maliyyələşmənin həcmləri, hətta bu ərazilərin silahlı dəstəklənməsi azalır. Vəziyyət artıq dəyişir. Aydındır ki, radikal dəyişikliklər Rusiyada resursların olmadığı bir vaxtda baş verəcək”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Donbas münaqişəsi ilə bağlı siyasətini şərh edən Dövlət Dumasının sabiq deputatı Konstantin Borovoy “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.
“Rusiyanın bugünkü tək qidalanması enerji resurslarlarıdır. Neftin qiyməti artıq 10 faiz düşüb. Rusiyanı zəiflədən başqa amillər də var. Prezidenti Vladimir Putin əbəs yerə nüvə müharibəsi haqqında danışmır, o anlayır ki, iş sona gedir. Aydındır ki, Kreml bu ərazilərdə - Suriyada, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda və Ukraynada qala bilməyəcək. Ölkədə mürəkkəb keçid prosesləri başlanıb, elitalar Putinə qarşı üsyana qalxırlar. O, bu halda problemin primitiv həllərinə gedir, Federal Təhlükəsizlik Xidmətini və ya Milli Qvardiyanı gücləndirir. Orada dəyişikliklər tezliklə olacaq. Çünki proses artıq Rusiyada uçqun xarakteri daşıyır”, - o deyib.
Sabiq deputat Rusiya daxilində müşahidə olunan itaətsizlik meyllərinə də diqqət çəkib:
“Arxangelskdə Federal Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında partlayış, Kerçdə terror aktı baş verdi. Dağıstanda, Yakutiyada, Çeçenistanda, İnquşetiyada, Uzaq Şərqdə dalğalanmalar başlanır. Artıq bütün ekspertlər Putinə xəbərdarlıq edirlər ki, vətəndaşlar yeni qubernatorların təyinatıyla barışdılar, amma ilk fürsətdə Kremlə göstərəcəklər ki, onlar ona tabe olmurlar. Yəni, hər şey yavaş-yavaş səpələnir, bu qum qalasına oxşayır. Mən Poroşenkonun (Ukrayna prezidenti Pyotr Poroşenko –red.) yerində olsaydım, gözləyərdim. Artıq yazda (2019-cu ilin yazını nəzərdə tutur –red.) vəziyyət mükəmməl olacaq. İndi Rusiyada idarəetmədə itki baş verir, Kremlin təsiri artıq yalnız beynəlxalq siyasətdə deyil, həm də şəxsi ölkəsində itir”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da “Valday” diskussiya klubunun yığıncağında çıxışı zamanı Rusiyaya qarşı nüvə silahının tətbiq edilməsi ehtimalından bəhs edib. O, nüvə müharibəsi zamanı nələrin baş verəcəyi haqda danışıb və rusiyalıların yerinin “cənnət olacağını” proqnozlaşdırıb.
O, deyib ki, Rusiyanın nüvə doktrinasında preventiv nüvə zərbəsi nəzərdə tutulmayıb. Ona görə də bu cür silahlar ancaq cavab zərbəsi kimi istifadə edilə bilər.
“Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o məhv ediləcək. Biz isə təcavüzün qurbanları olaraq şəhid kimi cənnətə düşəcəyik, ancaq onlar sadəcə olaraq gəbərəcəklər, çünki heç günahlarının bağışlanmasını xahiş etməyə vaxt tapmayacaqlar”-Putin deyib.