Putin, Netanyahu ilə görüşməkdən imtina etdi

Baxış sayı:
9967

Fransanın paytaxtı Parisdə 100 illik anma mərasimlərinə qatılması gözlənilən İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putinin keçirəcəyi görüşün ləğv olduğu bildirilib.
 
İsrail Dövlət Yayım Təşkilatında (QAN) yer alan xəbərdə, Suriya üzərindən Təl-Əviv ilə Moskva arasında baş verən gərginliyin davam etməsi səbəbindən iki lider arasındakı görüşün ləğv edildiyi bildirilib.
İsrailin sentyabr ayında Rus hərbi təyyarəsinin düşürülməsindən sonra da Suriyaya qarşı hava hücumlarını davam etdiyi məlumatını ictimaiyyətlə bölüşməsinin Moskva rəhbərliyi qəzəbləndirdiyi bildirilir. Görüşün iki liderin birgə aldığı qərarla, yoxsa tək tərəfli olaraq ləğv edilməsinə dair detallara yer verilməyib. Ancaq bu görüşün məhz Putin tərəfindən rədd edildiyi kulislərdə danışılır.
Həm Moskva, həm Təl-əvivdən görüşün ləğv edildiyi istiqamətindəki xəbərə dair hələ bir açıqlama verilməsə də, İsrail mətbuatı, Netanyahunun Putin ilə keçirəcəyi görüşün ləğv olması səbəbiylə Parisdə anma mərasimlərinə qatılmamağı gözdən keçirdiyini yazıb.
KAN-ın xəbərinə görə, 11 noyabrda keçirilməsi planlaşdırılan, ancaq ləğv edilən Netanyhu-Putin görüşməsi, iki lider arasıdında Rus hərbi təyyarəsinin Suriyada vurulmasından sonra keçiriləcək ilk görüş olacaqdı.
Müxalifət.az