​Putin müsəlmanları təbrik elədi

Rusiya prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib və bildirib ki, müsəlman icması dinlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir.
Virtualaz.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.
"Müsəlman icması ölkənin həyatında fəal iştirak edir, gənclərin tərbiyəsinə əhəmiyyətli töhfə verir, dinlərarası və millətlərarası dialoqun inkişafında əvəzsiz rola malikdir. Əlbəttə, onun fəaliyyəti cəmiyyətdə sülhün və sabitliyin qorunması üçün çox əhəmiyyətlidir", - təbrik teleqramında deyilir.
Putin həmçinin qeyd edib ki, əsrlər boyu müsəlman dünyasının həyatında böyük rol oynayan bu bayram, insanların yaxınlaşmasına xidmət edir, onları İslamın müqəddəs dəyərlərinə xidmət etməyə çağırır.
Rusiya prezidenti həmçinin bildirib ki, Rusiya müsəlmanlarının bu mənəvi ənənələri davam etdirməsindən qürur duyur.