“Putin mənə Ukraynanı işğal edəcəyini dedi”

Fransua Olland: “Putin yenə də xarizmatik olmaq istəyir və Ukraynanı NATO-ya buraxmaq fikrində deyil”

Avropa Birliyi Ukrayna məsələsində proqres görən kimi Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Fransua Olland çıxış edib.

O, Ukrayna böhranında heç bir dəyişiklik olmayacağı halda sanksiyaların öz qüvvəsində qalacağını bildirib. Olland Putinin Ukraynanın şərqini anneksiya etmək istədiyini ona etiraf etdiyini söyləyib:

“Mən o zaman ona inanmamışdım. Amma görürəm ki, o, Krımla nələr edib. Putin yenə də xarizmatik olmaq istəyir və Ukraynanı NATO-ya buraxmaq fikrində deyil”.