​“Putin MKİ-in agentidir?”- “The New York Times”

Baxış sayı:
4741

“ABŞ prezidenti Donald Trampın Rusiya haqqında nəsə neqativ bir söz işlətməməyə çalışması Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Klepperin də işarə vurduğu kimi Putinin D. Trampla birlikdə bir mərkəzdən idarə olunması görüntüsünü yaradır. Lakin mən Rusiya vətəndaşı olsaydım belə bir sual verərdim -“Putin Mərkəzi Kəşfiyyat İdarəsinin agentidirmi”?
Musavat.com xəbər verir ki, “The New York Times” qəetinin icmalçısı Tomas Fridmanın məqaləsidə belə bir cümlə yer alıb.
Müəllif bu suala cavab da tapıb:
“Ona görə ki, Putin son illərdə Rusiya iqtisadiyyatını və insan kapitalının əsaslarını bərbad hala salan o qədər hərəkətlərə yol verib ki, bu adamın MKİ-nin gizli ödənişlər etdiyi agentlərdən biri olduğu fikri yaranır”.
Fridmanın fikrincə, Rusiya üçün əsl bəlalar 2007-2008-ci illərdən sonra başlayıb.”Putin həmin ildən sonra Rusiyanın nəhəng insan resurslarını hərəkətə gətirmək və qanunvericiliyin aliliyini təmin etməklə dirçəlişinin mümkün olmadığına inanmağa başladı. Çünki bunun üçün o hakimiyyətini bölməli, şəffaf seçkilər keçirməli və həqiqi, innovasiyalara əsaslanan, diversifikasiya olunmuş, monopoliyalardan uzaq iqtisadiyyat qurmalı olacaqdı. Bunun yerinə isə Putin Rusiyanın qüdrətini tamam başqa bir yerdə axtarmağa başladı. İnsan ehtiyatlarının əvəzinə neft resursları işə salındı, qanunun aliliyinin yerinə silahlı qüvvələr gücləndirildi, rus provaslavlığı və millətçiliyi mantiyasına bürünərək özünün və yaxın oliqarx çevrəsinin zənginləşdirilməsi ilə məşğul oldu”.
Fridman Putini əti şəkərə dəyişən fermerə bənzədib. “Onun qısa bir müddətdə təsirini göstərə biləcək şəkər dozasına ehtiyacı var. Bununla o, özünün əsas bazası sayılan rus millətçiləri qarşısında populyarlğını artırır. Lakin o, əsl qidadan imtina edərək Rusiyanı daha da zəiflədir”.
Fridmanın firkincə, Putin dünyanın neft-qaz asılılığında qalmasına çalışır. Rusiya gəncliyi isə onun iqtidarında öz fikirlərini müstəqil olaraq gerçəkləşdirmək imkanlarından məhrum edilir.
 “Mən heç vaxt Rusiyaın üzləşdiyi çətinliklərə sevinməmişəm. Həmişə NATO-nun genişlənməsinin əleyhinə, Rusiyanın isə Avropa demokratiyalarına inteqrasiyasına tərəfdar olmuşam. Zəif, izolə edilmiş və aşağılanan Rusiya təhlükəli heyvana bənzəyir. Lakin Rusiyanın uzunmüddətli çiçəklənməsi üçün onun daxildən “yenidən yüklənməsi” lazımdır. Putin isə çətin ki həmin düyməni bassın”, - Fridmanın məqaləsinin yekununda yazılıb.