Putin maskası ilə Türkləri soydular

Baxış sayı:
6487

Ukraynada iki Türk vətəndaşını Putin və Medvedev maskaları ilə silahlı adamlar soyub. Quldurlar avtomobillərini zorla dayandırdıqları Türklərin 20 min dollarını qəsb edib. Lubyanka kəndi yaxınlığında bir neçə ay əvvəl meydana gələn hadisədə Türklərin avtomobilini məcburi dayandıran təcavüzkarlar silahla təhdid edərək şəxslərin 20 min dollarını qəsb edərək qaçıb. Bu hadisədən sonra davam edən istintaqın sonunda Kiyevdə beş ayrı ünvana edilən basqında hadisə ilə bağlı dörd adamın nəzarətə alındığı bildirilib. “Turkrus” saytında yer alan xəbərə görə, oğruların istifadə etdikləri silahlar arasında bir əl bombasından tapançaya qədər bir silah olub, amma ən çox diqqət çəkən quldurların Putin və Medvedevin maskalarını taxmaları diqqəti cəlb edib. Şübhəlilərin soyğun hadisələrində bu maskalardan istifadə etdikləri məlum olub. Maskalar "cinayət aləti" sayılaraq əl qoyulub. Soyğunçuların 30 və 55 yaşlarında olduğu bildirilib. Müxalifət.az