Putin Makronu parada dəvət etmədi

Baxış sayı:
2337

Fransa Prezidenti Emannuel Makron faşizm üzərində qələbənin 75 illiyi şərəfinə Moskvada təşkil edilən parada dəvət edilməyib.

Bu barədə RİA Novosti-yə Yelisey sarayının mətbuat xidmətindən məlumat verilib.

"Cənab Makron Moskvaya getməyəcək, Rusiya hakimiyyətindən dəvət almadı",-deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunur. Zəfər Paradı pandemiya ilə əlaqədar iyunun 24-də Qırmızı meydanda keçiriləcək. Tədbirə MDB ölkələrinin başçıları və digər dövlətlərin rəhbərləri də dəvət olunublar.