Putin Makronla Qarabağı müzakirə etdi

Baxış sayı:
1749

Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

"RİA Novosti" bildirir ki, liderlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Rusiyalı lider həmkarına Dağlıq Qarabağda münaqişənin daha da qızışmasının qarşısının alınması və problemin həlli üçün danışıqların bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

Prezidentlər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi, həmçinin BMT Təhlükəsizlik Şurasının xəttilə Moskva ilə Parisin fəaliyyətlərinin sıx əlaqələndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.