​Putin-Makron görüşü: QULDUR İMKAN VERMƏDİ…

Baxış sayı:
4873

Rusiya Prezidenti Vladimir Putin və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin Fransa Prezidenti Emmanuel Makronun Avropa ilə bağlı sözlərinə zarafatla qarşılıq veriblər.
Muxalifət.az xəbər verir ki, mübahisəli vəziyyət “Biznes-dialoq Rusiya-Fransa” panel müzakirəsi zamanı Makronun Avropa ərazisinin Atlantikdən Urala qədər uzandığını deməsilə başlayıb.
Müzakirənin moderatoru Şoxin fransız liderin sözlərinə düzəliş edib.
“Bilmirəm, ola bilər tərcümənin qeyri-dəqiqliyindəndir, ancaq cənab prezident, bizdə Avropa Lissabondan Vladivostoka qədərdir”, - Şoxin bildirib. Onun bu sözləri zalda gülüşə səbəb olub.
“Quldur imkan vermədi bunu mən deyim. Mən də bunlarla başlamaq istəyirdim elə, məndən oğurladı”, - Şoxinə Putin zarafatla cavab verib.