​Putin Leyla Əliyevaya medal verdi

Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb.
Sərəncam oktyabrın 20-də imzalanıb.