Putin KTMT və MDB ölkələrini də Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı - “PAŞİNYAN AĞIR, AMMA ZƏRURİ QƏRAR VERİB...”

Baxış sayı:
3699

Rusiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa dair əldə edilmiş razılaşma ardıcıl şəkildə reallaşdırılır. Bu haqda Rusiya prezidenti Vladimir Putin KTMT-nin videokonfrans rejimində keçirilən sammitində çıxışı zamanı deyib.

“İndi hamı birlikdə ümumi səylərlə döyüş əməliyyatları zonasında zərər çəkmiş insanlara kömək etmək, qaçqınların qayıtması ilə bağlı yaranan humanitar problemləri həll etmək, dağılmış infrastrukturu bərpa etmək, tarix, mədəniyyət və dini abidələrin mühafizəsini həyata keçirmək lazımdır”,-Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, Qarabağda situasiyanın yoluna qoyulması üzrə humanitar səylərə KTMT və MDB üzrə tərəfdaşların qoşulmasını da alqışlayardı. Habelə o, hazırda bu məsələ barədə digər beynəlxalq təşkilatlarla da müzakirələrin davam etdiyini bildirib.

Putinin sözlərinə görə, Ermənistan və onun xalqı öz tarixində mürəkkəb dövr yaşadı. Ölkə rəhbərliyi, xüsusən baş nazir Nikol Paşinyan isə ağır, amma zəruri qərar verməli oldu./Virtualaz.org