Putin koronavirusa yoluxanların yerləşdirildiyi xüsusi xəstəxanaya getdi - FOTO
25-03-2020 01:30
Baxış sayı:
1230
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin riskli addım atıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, V.Putin martın 24-də ciddi gigiyena-izoliyasiya prosedurları keçəndən sonra Moskva yaxınlığında koronavirusa yoluxmuş xəstələrin saxlandığı xüsusi xəstəxanaya gedib.
Qoruyucu geyim geyinmiş Putinin fotoları dünyada şok effekti yaradıb.
Rusiya Prezidenti müəssisədə xəstələrin vəziyyəti və koronavirusa qarşı tədbirlərlə maraqlanıb, göstərişlər verib.
Xatırladaq ki, son məlumata görə, Rusiyada koronovirusa 495 yoluxma, 1 virusdan ölüm qeydə alınıb.