Putin əkiz uşaq atası oldu? - Rus mətbuatından SENSASİON İDDİA

Baxış sayı:
9754

Rusiya mətbuatında 36 yaşlı idmançı Alina Kabayevanın ana olması barədə xəbər yayılıb.
 “Ölkə.Az” xəbər verir ki, iddialara əsasən, Kabayeva 7 may tarixində Moskvanın mərkəzində Kulakov adına ginekologiya və akuşerlik mərkəzində əkiz övlad dünyaya gətirib. Bu barədə idmançı və onun nümayəndələri hələ susurlar və xəbəri təsdiqləmirlər.
Rus mətbuatı isə yazır ki, Alina əkiz oğlan uşağı dünyaya gətirib. Doğuş xəstəxananın dördüncü mərtəbəsində, “VİP” palatada baş tutub. Xəstəxana mühafizə olunur və digər qadınlar başqa xəstəxanalara köçürülüb.
Qeyd edək ki, 2013-cü ildə Kabayeva bəyan etdi ki, heç vaxt uşağı olmur. Rus mətbuatı isə Alinanın prezident Vladimir Putinlə görüşdüyünü yazır.

Putin əkiz uşaq atası oldu?